Yeni 13-cü sanksiyalar paketində iki minə yaxın şəxslərin adı var

Yeni 13-cü sanksiyalar paketində iki minə yaxın şəxslərin adı var

23 Fevral 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqının yeni 13-cü anti-Rusiya sanksiyalar paketinə 194 fiziki və hüquqi şəxs daxildir, sanksiya tətbiq edilən şəxslərin ümumi sayı iki mini keçib.

“Şura daha 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib. Ümumilikdə, Ukraynanın ərazi bütövlüyü, suverenliyi , müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərlə bağlı Aİ-nin məhdudlaşdırıcı tədbirləri hazırda 2000-dən çox fiziki və hüquqi şəxslərə tətbiq ediləcək”- mətndə deyilir.

“Şura Ukraynaya qarşı işğalçılıq müharibəsində Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa dəstək verənlər siyahısına 27 yeni təşkilat əlavə edib. Onlar ikili təyinatlı mallar və texnologiyalar, eləcə də Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji tərəqqisinə töhfə verə biləcək mal və texnologiyalar üzrə daha sərt ixrac məhdudiyyətlərinə məruz qalacaqlar”, - deyə məlumatda bildirilir.

Sanksiyaya məruz qalan müəssisələrin bəzilərinin üçüncü ölkələrdə yerləşdiyi bildirilir, Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tayland və Türkiyədə. Onların “ticarət məhdudiyyətlərinin qarşısını almaqda iştirak etdikləri” aydınlaşdırılır.

Bundan əlavə, mətndə deyildiyi kimi, “Aİ, xüsusən də elektrik transformatorları kimi Rusiyanın sənaye potensialının güclənməsinə töhfə verən malların ixracına əlavə məhdudiyyətlər tətbiq edib”.
Aİ Şurası nəhayət ki, 13-cü sanksiyalar paketini təsdiqləyib.Sanksiyalar birliyin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Oxuməni.az