Moldova Nazirlər Kabineti Pridnestrovyeni “tələsik addımlardan çəkinməyə” çağırıb

Moldova Nazirlər Kabineti Pridnestrovyeni “tələsik addımlardan çəkinməyə” çağırıb

23 Fevral 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

.
Moldova Hökuməti yanında Reinteqrasiya Bürosu Dnestryanı hakimiyyətini "tələsik addımlardan çəkinməyə" çağırıb. Büro bunu bütün səviyyəli deputatların fevralın 28-də Dnestryanıda keçirilməsi planlaşdırılan qurultayı ilə bağlı şərhində bildirib.

Reinteqrasiya Bürosu “ATƏT missiyası və digər beynəlxalq tərəfdaşlarla daimi təmasda olmaqla Dnestryanı bölgədəki vəziyyəti yaxından izlədiyini” bildirib.

"Biz əminik ki, Tiraspol tələsik addımlar atılması halında baş verə biləcək nəticələrdən xəbərdardır", - şərhdə deyilir.

Dnestryanı hakimiyyət "Dnestryanıdakı siyasi və sosial-iqtisadi vəziyyəti müzakirə etmək, həmçinin Moldova rəsmilərinin hərəkətlərindən narahatlığını ifadə etmək" üçün fevralın 28-də bütün səviyyələrdə deputatların qurultayını çağırıb. Qurultayda qəbul olunmuş sənədlər beynəlxalq təşkilatlara, “5+2” danışıqlar formatında iştirakçılara və vasitəçilərə göndəriləcək.

Oxuməni.az