Fransa Ermənistana “Mistral” raket sistemləri verə bilər

Fransa Ermənistana “Mistral” raket sistemləri verə bilər

23 Fevral 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornu cümə günü İrəvanda bildirib ki, Ermənistan Fransadan "Mistral" raket kompleksləri ala bilər.

Fransalı nazir Ermənistan silahlı qüvvələrinin naziri Suren Papikyanla birgə mətbuat konfransında deyib:"Ermənistanla əməkdaşlıq bazamızı nə qədər gücləndirsək, bir o qədər də yeni imkanlar təqdim edəcəyik. Məsələn, bu gün biz "Mistral" raketləri ilə bağlı məsələni müzakirə etdik. Onları necə istifadə etməyi öyrənmək çox asandır”.

Lekornunun sözlərinə görə, Fransa Ermənistana hava hücumundan müdafiə üçün orta və uzaqmənzilli silahlar da təklif edə bilər. "GM200 radarları tezliklə Ermənistana gələcək", - fransalı nazir qeyd edib.

O, həmçinin bildirdi ki, birgə proqramların həyata keçirilməsinin mühüm komponentlərindən biri kadrların yenidən hazırlanmasıdır, bu barədə artıq saziş imzalanıb. Bundan əlavə, onun sözlərinə görə, Ermənistanda daimi olaraq hərbi məsləhətçi olacaq.

Lekornu bildirib ki, müdafiə silahlarının ilk tədarükü artıq həyata keçirilib və yaxın vaxtlarda "Bastion" zirehli texnikası gətiriləcək.

Öz növbəsində, Papikyan Ermənistan və Fransa arasında müdafiə sektorunda əməkdaşlığın sistemli və uzunmüddətli olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan respublikanın silahlı qüvvələrinin modernləşdirilməsində avropalı tərəfdaşların köməyinə ümid edir.

“Bu silahlar heç bir ölkəyə qarşı yönəlməyib, təcavüz məqsədi daşımır.. Hansı təhlükəsizlik mühitinin olacağından asılı olmayaraq. Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra da Ermənistan Silahlı Qüvvələri müdafiə silahları almağa davam edəcək”, - Papikyan bildirib.

Oxuməni.az