BMT Ukraynada iki il davam edən hərbi əməliyyatlar zamanı həlak olan mülki şəxslərin sayını açıqlayıb

BMT Ukraynada iki il davam edən hərbi əməliyyatlar zamanı həlak olan mülki şəxslərin sayını açıqlayıb

23 Fevral 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada iki il ərzində davam edən hərbi əməliyyatlar nəticəsində 10 582 dinc sakin həlak olub, 19 875 nəfər yaralanıb. Bu barədə BMT-nin ikiillik hesabatında deyilir.

Ölənlər arasında 587 uşaq da var. 2022-ci ilin mart ayında mülki əhalinin 4,3 min nəfəri və ya 40%-i həlak olub. Ən çox dinc sakin Ukraynanın şərq vilayətlərində həlak olub. Bununla belə, qurbanların real sayı daha çox ola bilər, BMT qeyd edir.

14,6 milyon ukraynalı və ya əhalinin demək olar ki, 40%-nin humanitar yardıma ehtiyacı var, 2,2 milyon ölkə vətəndaşı qonşu dövlətlərə qaçıb.

Oxuməni.az