Paşinyan: Ermənistan KTMT-də iştirakını dondurub

Paşinyan: Ermənistan KTMT-də iştirakını dondurub

23 Fevral 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının “dondurulduğunu” deyib. Ermənistan hökumətinin başçısı bunu “France 24” telekanalına müsahibəsində deyib.

“Kollektiv təhlükəsizlik müqaviləsi, fikrimizcə, Ermənistana münasibətdə həyata keçirilməyib... Bu, bizim diqqətimizdən kənarda qala bilməzdi. Biz bu müqavilədə iştirakımızı dayandırdıq. Gəlin görək bundan sonra nə olacaq”, - Paşinyan bildirib.

Eyni zamanda, Paşinyan əmin edib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanılması məsələsi gündəmdə deyil.

Nikol Paşinyan həmçinin iddia edir ki, bir neçə ay əvvəl Rusiya “açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırıb”. Onun sözlərinə görə, “Moskvadan ona qarşı bu təbliğat dayanmadan davam edir”.

Paşinyan həmçinin səfərbərlikdən qaçan Rusiya vətəndaşı Dmitri Setrakovun Ermənistanda saxlanmasından narahatlığını ifadə edib və bunu “oğurluq” adlandırıb. “Biz öz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik”, - deyə Nikol Paşinyan bildirib.

Oxuməni.az