Finlandiyada  genişmiqyaslı müharibənin ikinci ildönümündə Ukrayna bayraqları qaldırılacaq

Finlandiyada genişmiqyaslı müharibənin ikinci ildönümündə Ukrayna bayraqları qaldırılacaq

23 Fevral 07:04
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiyanın paytaxtında genişmiqyaslı müharibənin başlanmasının ikinci ildönümündə Ukrayna ilə həmrəyliyi ifadə etmək üçün fevralın 24-də əksər hökumət binalarında Ukrayna bayraqları qaldırılacaq. Bu barədə Finlandiya hökumətinin mətbuat xidməti məlumat yayıb. Hökumət binasında, Senat meydanında, Xarici İşlər Nazirliyinin binasında və Helsinki Universitetində Ukrayna bayraqları qaldırılacaq. Bundan əlavə, axşam saatlarında XİN-in binası Ukrayna bayrağının rəngləri ilə işıqlandırılacaq.

Hər kəs müharibədə həlak olanların xatirəsini ehtiramla yad etmək və Ukrayna ilə həmrəylik ifadə etmək üçün Senat meydanına dəvət olunur.

Anım tədbirləri Finlandiya və Ukraynanın bir sıra ictimai təşkilatları, Lüteran Kilsəsi, hökumət, paytaxt meriyası və Ukrayna səfirliyi arasında əməkdaşlıq çərçivəsində təşkil olunur.

Xatırladaq ki, Finlandiya hökuməti Ukraynaya təxminən 190 milyon avro dəyərində 22-ci hərbi yardım paketini elan edib.

Oxuməni.az