Yeni Zelandiya Ukraynaya 16 milyon dollar yardım elan edəcək

Yeni Zelandiya Ukraynaya 16 milyon dollar yardım elan edəcək

22 Fevral 20:27
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Zelandiya Ukraynaya 25,9 milyon Yeni Zelandiya dolları (16 milyon ABŞ dollarından çox) məbləğində yeni yardım paketi elan edib. Bu barədə Yeni Zelandiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Bu müharibə insan həyatına dəhşətli zərbə vurdu, böyük iztirablara səbəb oldu və regional və qlobal sabitliyə əhəmiyyətli təsir göstərdi. Məhz buna görə də Yeni Zelandiya Ukraynanı dəstəkləməyə sadiqdir. Bu 25,9 milyon dollarlıq dəstək yardımın ümumi həcmini artıracaq". deyə Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters bildirib.

Bundan əlavə, Yeni Zelandiyanın müdafiə naziri Cudit Kollinz qeyd edib ki, son iki il ərzində Yeni Zelandiya ordusu Ukraynaya dəstək vermək üçün Avropada və Böyük Britaniyada həmfikir tərəfdaş ölkələrlə işləyir və bu dəstək davam edəcək.

Oxuməni.az

.