ABŞ Ədliyyə Nazirliyi yapon mafiyasının liderini İranan nüvə materiallarını  ötürməkdə ittiham edib

ABŞ Ədliyyə Nazirliyi yapon mafiyasının liderini İranan nüvə materiallarını ötürməkdə ittiham edib

22 Fevral 18:36
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Ədliyyə Nazirliyi Yaponiya yakuza mafiyasının lideri Takeşi Ebisavanı nüvə nümunələrini İrana ötürməkdə ittiham edib. Bu barədə Fox News xəbər verir.

“Yakuza lideri Takeşi Ebisava özünü İranla əlaqəsi olan narkotik və silah alverçisi kimi təqdim edən ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin gizli agentinə nüvə materiallarının nümunələrini göstərib”, - nəşr qeyd edir.

Prokurorların sözlərinə görə, material Myanmadan Taylanda qaçaqmalçılıq yolu ilə gətirilib. Daha sonra nümunələr müsadirə edilib və onların tərkibində nüvə silahının yaradılmasında istifadə olunan uran və plutonium olduğu aşkar edilib.

DEA rəsmiləri Ebisawa və onun tərəfdaşlarının narkotik, silah və nüvə materiallarını “İranın onlardan nüvə silahı yaratmaq üçün istifadə edəcəyini tam gözləməklə” alqı-satqı etdiyini söylədi.

Yanvar ayında Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın İranın nüvə silahı istehsal etməsinə icazə verməyəcəyini bildirmişdi. O əlavə edib ki, diplomatiya yolu ilə razılaşma olmazsa, Vaşinqton başqa cür hərəkət edəcək.

Oxuməni.az