Ukrayna və İtaliya yaxın günlərdə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalaya bilər

Ukrayna və İtaliya yaxın günlərdə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalaya bilər

22 Fevral 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya yaxın günlərdə Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalamağa ümid edir.

Bunu İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib.

Belə ki, onun sözlərinə görə, İtaliyanın baş naziri Giorgia Meloni Ukrayna hakimiyyəti ilə razılıq əldə etmək üçün danışıqlar aparır.

“Biz gözləyirik ki, yaxın günlərdə müqaviləni tamamlaya biləcəyik”, - Tajani əlavə edib.

Fevralın 21-də Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna yaxın həftələrdə tərəfdaşları ilə yeni təhlükəsizlik sazişləri hazırlayır. Söhbət xüsusilə müdafiə dəstəyindən gedir. Bir gün əvvəl Prezident Aparatının rəhbəri Andriy Yermak qeyd edib ki, Ukrayna Hollandiya və Danimarka ilə təhlükəsizlik zəmanətləri üzrə sazişlər imzalamağa yaxındır.

İtaliyaya gəlincə, fevralın 19-da yerli media Ukrayna və İtaliyanın yaxın gələcəkdə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalaya biləcəyini yazıb. Hazırda ikitərəfli sazişin bir sıra detalları razılaşdırılır.

Qeyd edək ki, ilk belə saziş yanvar ayında Böyük Britaniya ilə imzalanıb. Bundan başqa, Almaniya və Fransa ilə də sənədlər imzalanıb.

Oxuməni.az