Polyakların yarısı Rusiyanın Polşaya hücum edəcəyini ehtimal edir

Polyakların yarısı Rusiyanın Polşaya hücum edəcəyini ehtimal edir

22 Fevral 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Polyakların demək olar ki, yarısı bu və ya digər dərəcədə Rusiyanın Ukraynaya qarşı müharibəsinin onların ölkəsinə yayıla biləcəyinə inanır.

Bunu “United Surveys”in RMF FM i Dziennik Gazeta Pravna üçün keçirdiyi sorğunun nəticələri sübut edir. Respondentlərin 47%-ə qədəri Rusiyanın Polşaya hücumunun mümkünlüyünə inanır. Bu, 2023-cü ilin may ayında keçirilmiş analoji sorğudan 16 faiz bəndi çoxdur.

Onların 12%-i belə bir hücumun olacağına əmindir. 35%-dən çoxu belə bir hücumun edilə biləcəyinə inanır.

Respondentlərin 38%-dən çoxu Putin qoşunlarının Varşavaya mümkün təcavüzü ilə bağlı tezislə razılaşmır.

Son və keçən ilki sorğularda qərarsız insanların sayının demək olar ki, dəyişməz qaldığını nəzərə alanda, hərbi vəziyyəti diqqətlə izləyən polyakların daha bədbin əhval-ruhiyyəyə doğru irəlilədikləri göz qabağındadır.

Bundan əlavə, genişmiqyaslı müharibənin başlamasından iki il sonra polyakların demək olar ki, yarısı bunun hər iki ölkənin - Ukrayna və Rusiyanın məhvi ilə başa çatacağına inanır.

Xatırladaq ki, avropalılar arasında Ukraynaya dəstək geniş olaraq qalır, lakin tammiqyaslı işğaldan təxminən iki il sonra, yalnız 10% onun Rusiyanı məğlub edə biləcəyinə inanır.

Oxuməni.az