Ukrayna  "F-16" qırıcıları ilə Rusiya ərazisini vura biləcək

Ukrayna "F-16" qırıcıları ilə Rusiya ərazisini vura biləcək

22 Fevral 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna silahlı qüvvələri Kiyevə çatdırılan "F-16" qırıcıları ilə Rusiya ərazisini vura biləcək.

Onun sözlərinə görə, Ukraynanın hər bir müttəfiqi "F-16" qırıcılarının Kiyevə köçürülüb-köçürülməməsi barədə müstəqil qərar verəcək. Bununla belə, Ukrayna ordusu təhvil verilmiş bütün "F-16"-lardan özünümüdafiə üçün, o cümlədən Ukraynadan kənarda Rusiyanın qanuni hərbi obyektlərinə zərbələr endirə biləcək.

Stoltenberq vurğulayıb ki, Kiyevin bütün müttəfiqləri "F-16"-ların tez bir zamanda istifadəyə verilməsini istəyirlər, lakin pilotlar və texniki heyət yaxşı təlim keçərsə, qırıcıların təsiri daha çox olacaq.

“Ona görə də düşünürəm ki, biz tam hazır olduğumuzda və ya müttəfiqlər "F-16"-ların göndərilməsinə və təhvil verilməsinə başlamağa hazır olduqda hərbi ekspertləri dinləməliyik. Nə qədər tez bir o qədər yaxşıdır”, - Stoltenberq bildirib.

Oxuməni.az