Türkiyə 10 il ərzində Somalinin quru sularını qoruyacaq

Türkiyə 10 il ərzində Somalinin quru sularını qoruyacaq

22 Fevral 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Hərbi Dəniz Qüvvələri Somali ilə imzalanmış müdafiə və iqtisadi əməkdaşlıq müqaviləsi çərçivəsində bu ölkənin ərazi sularını 10 il müddətinə qoruyacaq. Bu barədə çərşənbə günü Anadolu agentliyi Somali prezidenti Həsən Şeyx Mahmudun bəyanatına istinadən məlumat yayıb.

O, jurnalistlərə açıqlamasında "Türk qardaşlarımız bu müqavilə çərçivəsində sularımızı 10 il qoruyacaq. 10 illik əməkdaşlıqdan sonra artıq dənizlərimizi qorumaq üçün donanmamız olacaq" dedi.

Onun sözlərinə görə, saziş terrorizm, xarici təhdidlər, dəniz quldurluğu, qeyri-qanuni balıq ovu, eləcə də dəniz ehtiyatlarının inkişafı ilə mübarizə məsələləri üzrə əməkdaşlığı da əhatə edir.

O, vurğulayıb ki, Somali ilə Türkiyə arasındakı bu razılaşma “Efiopiya və ya başqa bir ölkəyə qarşı düşmənçilik məqsədi daşımır”.

Agentlik qeyd edir ki, "Əş-Şəbab" terror qruplaşmasının fəaliyyət göstərdiyi Somalidə uzun illərdir ki, təhlükəsizliklə bağlı problemlər yaranıb.

Oxuməni.az