İsveç Təhlükəsizlik Xidməti Rusiya Federasiyasını ölkənin təhlükəsizliyi üçün əsas təhdid adlandırıb

İsveç Təhlükəsizlik Xidməti Rusiya Federasiyasını ölkənin təhlükəsizliyi üçün əsas təhdid adlandırıb

22 Fevral 07:03
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya İsveçin beynəlxalq təhlükəsizliyi üçün əsas təhdiddir və xarici düşmənlər islamçılar və ifrat sağçılar tərəfindən artan ekstremist zorakılıq riskindən istifadə etməyə cəhd edə bilərlər. "Reuters" xəbər verir ki, bu barədə çərşənbə günü İsveç təhlükəsizlik xidməti məlumat yayıb

Təhlükəsizlik rəhbəri Şarlotta von Essen Təhdidlərə dair illik hesabatı ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, biz hamımız ciddi təhlükəsizlik vəziyyəti ilə yaşamağı öyrənməliyik.

Onun sözlərinə görə,rusların təhdidləri qarşısında qalan İsveç əsrlər boyu sadiq qaldığı neytrallıqdan əl çəkib və NATO-ya üzv olmaq üçün müraciət edib.

“İlk növbədə Rusiya, həm də Çin və İran İsveç üçün ən böyük təhlükə yaratmaqda davam edir və onlar hazırkı təhlükəsizlik sistemini dəyişdirmək üçün çalışırlar və müəyyən dərəcədə birlikdə işləyirlər”,- deyə Şarlotta von Essen bəyan edib.

Oxuməni.az