Özbəkistan Rusiyadan qaz idxalını artırmaq üçün 500 milyon dollar ayırıb

Özbəkistan Rusiyadan qaz idxalını artırmaq üçün 500 milyon dollar ayırıb

21 Fevral 20:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Uztransqaz" şirkəti şimaldan təbii qaz idxalının həcmini artırmaq üçün magistral qaz sisteminin modernləşdirilməsi proqramını həyata keçirmək niyyətindədir.

Gazeta.uz xəbər verir ki, bu, Özbəkistanın 2024-cü ilin birinci rübü üçün investisiya proqramının həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında hökumətin qərarında nəzərdə tutulub.

Bu çərçivədə Özbəkistan Rusiyadan qazı Qazaxıstan ərazisi ilə şimal istiqamətində idxal edəcək. Birinci mərhələdə 2024-2030-cu illərdə bu proqramın həyata keçirilməsinə 500 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, həcmin sutkada 32 milyon kubmetrə çatdırılması nəzərdə tutulur. Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti ilə mövcud müqaviləyə əsasən, sutkada 9 milyon kubmetr tədarük nəzərdə tutulur, lakin dekabrda həcm iki dəfə artırılıb. Layihənin xarici kreditlər hesabına maliyyələşdirilməsi planlaşdırılır.

Həmçinin Özbəkistanın magistral qaz nəqli sisteminin modernləşdirilməsi və səmərəliliyinin artırılması proqramının (2021-2024-cü illər) icrasının davam etdirilməsi nəzərdə tutulur. Dəyəri 483 milyon dollar olan layihə 511 km magistral qaz kəmərinin və 10 qaz nasos qurğusunun modernləşdirilməsini nəzərdə tutur.

Oxuməni.az