Navalnının taleyi Culian Assanjı da gözləyirmi ?

Navalnının taleyi Culian Assanjı da gözləyirmi ?

21 Fevral 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

"WikiLeaks"-in qurucusu Culian Assanj üçün bu həftə çox mühümdür , Britaniya məhkəməsi onun ABŞ-a ekstradisiyasıju ilə bağlı şikayətinə baxır.

Səhhəti ilə əlaqədar onun özü də dinləmələrdə iştirak edə bilməyəcək. Əgər məğlub olarsa, Assanjın müdafiəsi Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.
Avstraliyalının həyat yoldaşının başçılığı ilə yüzlərlə nümayişçi ona dəstək nümayiş etdirmək üçün Londondakı Kral Ədalət Məhkəməsi qarşısında toplaşıb.

"Bu, bütün dünyada jurnalistlərə qarşı hücumdur. Bu, həqiqətə hücumdur. Bu isə ictimaiyyətin bilmək hüququna edilən hücumdur. Culian siyasi məhbusdur və həyatı təhlükə altındadır. Navalnının başına gələn Yulianın başına da gələ bilər"- Stella Assanj , Culian Assanjın həyat yoldaşı.

Assanjın atası və ögey qardaşı Qabriel dinləmə üçün Böyük Britaniyaya gəliblər. Onlar onun azad edilməsi üçün Avstraliyada fəal şəkildə kampaniya aparırlar. Ötən həftə Avstraliya parlamenti İngiltərəni Assanjı vətəninə qayıtmasına icazə verilməsinə çağırıb.
2018-ci ildə ABŞ-da o, dövlət kompüterlərini sındırılmağında şərik olmaqda ittiham edilib və 2019-cu ildə buna casusluq qanunlarını pozmaqda daha on yeddi ittiham əlavə olunub.
Bütün maddələr üzrə təqsirli bilinərsə, onu 175 il həbs cəzası gözləyir.

Oxuməni.az