Rus ordusunun böyük itkiləri haqqında yazan rusiyalı “hərbi müxbir” intihar edib

Rus ordusunun böyük itkiləri haqqında yazan rusiyalı “hərbi müxbir” intihar edib

21 Fevral 19:27
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın “müharibə müxbiri” uzun müddət DXR-nin hərbiləşdirilmiş qüvvələrində baş serjant vəzifəsində çalışmış Andrey Morozovun rəsmi rus təbliğatçılarının təqibləri nəticəsində intihar etdiyi iddia edilir. Əvvəllər Morozov Avdeevkanın tutulması ilə bağlı yazı dərc edib. O yazıb ki şəhərin ələ keçirilməsi Rusiya tərəfinə 16 min hərbçinin həlak olması və 300-ə yaxın zirehli texnikanın məhv edilməsi hesabınas başa gəlib.

Bundan sonra bir neçə rus təbliğatçısı tərəfindən Morozov güclü təzyiqə və tənqidə məruz qalıb.

Bununla bağlı Morozov yazıb: “Bu gün, yoldaş polkovnik, sizin göstərişinizlə mən teleqram kanalımdan “Bizə Yanninadan yazırlar” yazısını silməyə məcbur oldum. Komandanlığınız köhnə ordunun kollektiv məsuliyyətinə arxalanaraq sizi mənə münasibətdə bu əmri verməyə məcbur etdi".

Morozovun sözlərinə görə, onun postunun silinməsi əmri rəsmi rus təbliğatçıları, teleaparıcı Vladimir Solovyovun, Yuliya Vityazevanın və Armen Qasparyanın təzyiqi altında verilib. “Onlar özləri gəlib məni güllələsinlər. Heç kim bu xırda işi öz üzərinə götürməyə cəsarət etməsə, özümü güllələyəcəm. Onlar isə sizə tanklar və helikopterlər verəcəklər”, – deyə Morozov yazıb.

Oxuməni.az