Alman turistlər Google Maps səhvinə görə Avstraliyada yolu azıblar

Alman turistlər Google Maps səhvinə görə Avstraliyada yolu azıblar

21 Fevral 17:16
Bəyəndim (0) Bəyənmədim (0)


ABC radiosu iki alman turistin Google Maps naviqasiya xidmətindəki səhvə görə Avstraliyada timsahların, zəhərli ilanların və hörümçəklərin tapıldığı kimsəsiz ərazini təxminən bir həftə gəzdiyini bildirib. KİV-in məlumatına görə, turistlər insanlara çatana qədər təxminən 60 km piyada gediblər.

Turistlər Filip Mayer və Marsel Şoen Keyp-York yarımadasında avtomobillərini itiriblər. Nəticədə onlar kürəkələrini yığıb 60 km-dən çox məsafəni piyada getməyə məcbur olublar .

Qeyd olunur ki, turistlər fevralın 4-də Maşınla Keyndan yola çıxıblar. İki gün sonra onların maşını Oyala Tumotanq Milli Parkının bataqlıqlarında ilişib. Baxmayaraq ki, xəritələrdə torpaq yol göstərilib.

Turistlər maşının yanında düşərgə qurmalı olublar. Bir həftə kömək gözləyiblər. Parkda mobil rabitə yox idi, ehtiyatlar tükənmişdi, buna görə turistlər ən yaxın yaşayış məntəqəsinə piyada getməyə qərar verdilər. Yolda onlar "timsahlar və ilanlar da daxil olmaqla vəhşi heyvanlarla, eləcə də çoxlu zəhərli hörümçəklərlə rastlaşıblar".

Kvinslend Milli Parklarının Mühafizəçisi Rocer James, alman turistlərin "sağ olduqları üçün çox şanslı olduqlarını" söyləyib. O, həmçinin əlavə edib ki, “Google Xəritələr Avstraliyada ilk dəfə deyil, turistləri yanlış istiqamətə göndərir, onları yolsuzluğa aparır”.

Oxuməni.az