Türkiyənin beşinci nəsil qırıcısı Kaan ilk uçuşunu həyata keçirib

Türkiyənin beşinci nəsil qırıcısı Kaan ilk uçuşunu həyata keçirib

21 Fevral 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin beşinci nəsil qırıcısı Kaan ilk uçuşunu həyata keçirib. Türkiyə ordusunun 2028-ci ildə beşinci nəsil milli döyüş təyyarələri alacağı planlaşdırılır.

İlk uçuş barədə Türkiyənin müdafiə sənayesi və hərbi aviasiya portalı SavunmaSanayiST.com məlumat yayıb. Qeyd olunur ki, uçuş sınaqları əvvəllər dekabrın sonuna planlaşdırılsa da, onlar dəfələrlə təxirə salınıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin mayında milli beşinci nəsil qırıcıların adını açıqlamışdı - Kaan. O, təyyarənin qabaqcıl texniki xüsusiyyətlərə, yüksək manevr qabiliyyətinə və nişan alma dəqiqliyinə malik olduğunu vurğulayıb. İlk Kaan qırıcısının 2028-ci ildə Türkiyə ordusuna təhvil verilməsi planlaşdırılır.

Oxuməni.az