Çinin xarici işlər naziri G20 nazirlərinin iclasında iştirak etməyəcək

Çinin xarici işlər naziri G20 nazirlərinin iclasında iştirak etməyəcək

21 Fevral 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Rio-de-Janeyroda keçiriləcək G20 nazirlərinin görüşündə xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunacaq. Bu barədə “Global Times” yazır.

Onun sözlərinə görə, Çinin xarici işlər naziri Van Yi iş qrafiki ilə əlaqədar iclasda iştirak edə bilməyəcək. Nazir müavini Ma Zhaoxu G20 toplantısında iştirak edəcək.

Qeyd edək ki, bu gün Rio-de-Janeyroda G20 xarici işlər nazirlərinin toplantısı başlayır. Toplantı iki gün davam edəcək.

Oxuməni.az