Ukraynalılar Rusiya birləşməsinə zərbələr endiriblər: Onlarla əsgər həlak olub

Ukraynalılar Rusiya birləşməsinə zərbələr endiriblər: Onlarla əsgər həlak olub

21 Fevral 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusu Donetsk vilayətinin Volnovaxa rayonunun Trudivskoye kəndi yaxınlığındakı poliqona hücum edib. Hücum nəticəsində azı 65 rus əsgəri həlak olub, Ukrayna mediası iddia edir.

Məlumata görə, zərbələrin bir hissəsi HIMARS reaktiv yaylım atəşi sistemlərindən endirilə bilərdi. Bu zaman 36-cı qvardiya motoatıcı briqadasının hərbçiləri sıralanmada idi.

Zərbə anında açıq sahədə rus komandirləri 36-cı qvardiya motoatıcı briqadasının (06705 saylı hərbi hissə) 4-cü, 5-ci və 6-cı rotalarının hərbçilərini sıraya düzdülər. Onlar Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandiri, general-mayor Oleq Moiseyevin gəlişini gözləyirdilər.

Hadisə yerindən çəkilmiş videoda ruslardan biri HIMARS-ın ən azı iki rotanı məhv etdiyini iddia edir.

Oxuməni.az