Estoniyada  rus agentləri həbs edilib

Estoniyada rus agentləri həbs edilib

21 Fevral 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Estoniyanın yüksək səviyyəli rəsmiləri ölkədə vəziyyətin sabitliyinin pozulmasında iştirak etmələri ehtimal edilən 10 mümkün rus agentinin saxlanıldığını açıqlayıb.

Bu barədə Estoniyanın baş naziri Kaja Kallas və xarici işlər naziri Marqus Tsahkna məlumat verib.

"Estoniya Rusiya xüsusi xidmət orqanlarının öz ərazisində hibrid əməliyyatını uğurla dayandırıb", - Kallas bildirib.

"Biz bilirik ki, Kreml bizim bütün demokratik cəmiyyətlərimizi hədəfə alır. Bizim cavabımız onların üsullarını ifşa etməkdir. Bu, təxribatın qarşısını almaq üçün bir yoldur", - o əlavə edib.

Marqus Tsahkna ətraflı məlumat verib ki, Daxili Təhlükəsizlik Polisi Rusiyanın göstərişi ilə hərəkət etməkdə şübhəli bilinən on nəfəri saxlayıb.

"Məqsəd qorxu səpmək, gərginliyi artırmaq və Ukraynanı dəstəkləməkdə qətiyyətimizi zəiflətmək idi. Lakin Rusiya buna nail olmayacaq", - o yazıb.

Paralel olaraq, Daxili Təhlükəsizlik Polisi (Kapo) ötən il daxili işlər naziri Lauri Läänemetsin və bir jurnalistin avtomobillərinə qarşı vandalizm aktlarında iştirak edən şəxslərin tapıldığını açıqladı, ERR xəbər verir.

Ümumilikdə 10 nəfər saxlanılıb, onlar Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə fəaliyyət göstərən kəşfiyyat şəbəkəsinin üzvləri hesab olunurlar.

Əməliyyatın məqsədinin “Estoniya cəmiyyətində qorxu yaymaq və gərginlik yaratmaq” olduğu güman edilir.

Oxuməni.az