Ermənistan nümayəndə heyəti İstanbula səfər edəcək

Ermənistan nümayəndə heyəti İstanbula səfər edəcək

21 Fevral 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Parlamentin maliyyə, kredit və büdcə məsələləri komissiyasının sədri Gevorq Papoyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti İstanbula yola düşəcək.

Parlamentin mətbuat xidmətindən bildirilib ki, nümayəndə heyəti fevralın 22-dən 24-dək Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) iclasında iştirak edəcək.

Ötən il QDİƏT PA-nın yaradılmasının 30 illiyinə həsr olunmuş sammitdə Ermənistanı parlamentin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Oxuməni.az