Türkiyə yeni şərtlərlə ruslar üçün banklarda hesab açır

Türkiyə yeni şərtlərlə ruslar üçün banklarda hesab açır

21 Fevral 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ziraat dövlət bankının Ankaradakı filialının nümayəndəsi bildirib ki, Türkiyədə dövlət bankları yaşayış icazəsi və işləmək hüququ şərtləri ilə Rusiya vətəndaşları üçün hesablar açmağa davam edir,

Türkiyənin özəl bankı “Denizbank” rusiyalı müştərilərdən Türkiyədə yaşamaq icazəsini təsdiq edən sənədləri tələb etməyə başlayıb, Rusiya mətbuatı bankın məktubuna istinadən xəbər verir. Bank bu tələbin ABŞ-ın sanksiyalar siyasəti ilə deyil, daxili prosedurlarla bağlı olduğunu bildirib.

“Rusiya vətəndaşları üçün hesablar açılır. Şərtlər yaşayış icazəsi, işləmək hüququ və ya tələbə vizasının olmasıdır”, - deyə Ziraat filialının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Türkiyə dövlət banklarına ruslara hesab açılmasına qadağa qoyulması ilə bağlı heç bir bildiriş daxil olmayıb.

Oxuməni.az