Almaniya Ukraynaya uzaqmənzilli silah sistemləri ilə kömək etməyə hazırlaşır

Almaniya Ukraynaya uzaqmənzilli silah sistemləri ilə kömək etməyə hazırlaşır

20 Fevral 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya “Taurus” raketlərini Ukraynaya ötürmək niyyətindədir. Hakim koalisiya Ukraynaya döyüş sursatları, maşınlar və silah sistemləri verilməsi ilə bağlı məxfi təklif hazırlayıb.

Bu barədə DPA məlumat yayıb.

Sənəddə“Taurus” raketlərindən birbaşa bəhs edilmir, ancaq “Ukraynanın Rusiyanın arxasında olan strateji əhəmiyyətli hədəflərə hücumlar həyata keçirməsi üçün zəruri olan əlavə uzaqmənzilli silah sistemləri və sursatların” tədarükü haqqında yazılıb.

Bu, 500 km-dən çox məsafədə hədəfləri vurmağa qadir olan “Taurus” raketlərinə uyğun gəlir. Bundestaq bu həftə bu yardım paketinə səs verməyi planlaşdırır.

Oxuməni.az