İsveç Ukraynaya 630 milyon avroluq yardım paketi ilə döyüş qayıqları verəcək

İsveç Ukraynaya 630 milyon avroluq yardım paketi ilə döyüş qayıqları verəcək

21 Fevral 07:06
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç hökuməti bu günə qədər Ukraynaya 7,1 milyard SEK (630 milyon avro) dəyərində ən böyük hərbi yardım paketini təqdim edib. Bu barədə “European Pravda”nın yazdığına görə, İsveçin SVT telekanalı məlumat yayıb. Ümumi dəyəri 7,1 milyard SEK olan bu paket artıq İsveçin Ukraynaya göndərdiyi 15-ci paketdir. Buraya daxildir:

10 Stridsbåt 90 sinif desant hücum kateri;
20 eniş gəmisi;
minalar və torpedalar kimi sualtı silahlar;
Robot 70 kimi bir sıra zenit sistemləri;
tank əleyhinə raketlər TOW modeli;
sursatları olan qumbaraatanlar;
artilleriya sursatları;
əl qumbaraları;
"Karl Qustav" qumbaraatanları;
tibbi avadanlıq;
təcili yardım maşınları.
1 milyard kron müxtəlif fondlar vasitəsilə hərbi texnikanın alınmasına, daha bir milyardı isə Ukrayna üçün yeni Stridsfordon 90 döyüş maşınlarının sifarişinə yönəldiləcək.

Ukraynalılar üçün müxtəlif təhsil təşəbbüslərinə 400 milyon SEK ayrılacaq.

Müdafiə naziri Pol Consonun sözlərinə görə, yeni dəstək paketi xüsusi olaraq Ukraynanın ehtiyaclarını ödəmək üçün hazırlanıb: "Bu, həmçinin İsveç və onun maraqları üçün vacib olan dəyərlərin və maraqların qorunması ilə bağlıdır".

İsveç artıq Ukraynaya göndərdiyi əvvəlki paketlərlə birlikdə Kiyevə 30 milyard İsveç kronu (2,7 milyard avro) məbləğində dəstək verib.

Xatırladaq ki, xarici işlər naziri Dmitri Kuleba fevralın 19-da Brüsseldə keçirilən görüş zamanı Avropa İttifaqının Xarici İşlər nazirliklərinin rəhbərlərinə müraciət edərək, onları Ukraynaya artilleriya mərmilərinin çatdırılmasını təcili şəkildə asanlaşdırmağa çağırıb.

Münhen Təhlükəsizlik Konfransında isə Danimarka Avropanı Ukraynaya silah tədarükündə istehsal problemlərinin arxasında gizlənməməyə çağırıb.

Oxuməni.az