Afrikada eşşək dərisi ticarəti qadağan edilib

Afrikada eşşək dərisi ticarəti qadağan edilib

20 Fevral 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

37-ci Afrika İttifaqı Sammitində eşşək dərisi ticarəti qadağan edilib. Qadağaya səbəb qitədə eşşək sayının azalması ilə izah edilib.

Afrika liderləri həftə sonu Efiopiyada keçirilən Afrika İttifaqının 37-ci Sammitində iştirak ediblər. Sammitdə eşşək dərisi ticarətinə qadağa qoyulub.

Başda Çin olmaqla bəzi ölkələrin eşşək dərisindən əldə edilən jelatinə tələbatı son illərdə dünyada bu heyvanın azalmasına səbəb olub.

Qərardan sonra açıqlama verən Böyük Britaniyada yerləşən eşşək mühafizəsi dərnəyi qərarla həm 33 milyon eşşək sayının, həm də işlərində heyvanlardan istifadə edən minlərlə yerli əhalinin dolanışıq vasitələrinin qorunduğunu bildirib.

Dünyada bu heyvanın üçdə ikisinin yaşadığı Afrikada, eşşəklərdən həm nəqliyyatda, həm də yük daşımaq üçün geniş istifadə olunur.

Çinin Afrika ölkələrindən eşşək idxal etməsinin ən mühüm səbəbi, eşşək dərisindən əldə edilən “ejiao” adlanan jelatin tərkibli məhsullara tələbatın artmasıdır.

Çində xüsusilə tibb sahəsində çoxməqsədli istifadə edilən “ejiao” məhsulları gəncliyin iksiri hesab edilir və statistikaya görə bu məhsullar üçün Çində hər il 4 milyon eşşək kəsilir.

Afrikada eşşək sayının azalmasının əsas səbəbi Çinin eşşək əti idxal etməsidir…

Oxuməni.az