Rusiyanın xarici işlər naziri Lavrov Kubaya səfər edib

Rusiyanın xarici işlər naziri Lavrov Kubaya səfər edib

20 Fevral 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikasına səfəri çərçivəsində Kubaya işgüzar görüşə gedib. Lavrov Kubanı “terrorçuluğu dəstəkləyən ölkələr siyahısın”dan çıxarmağa çağırsa da, Vaşinqton administrasiyasının Kubaya qarşı birtərəfli və mənasız siyasət yürütdüyünü bildirib.

Nazir Lavrov və onu müşayiət edən nümayəndə heyəti paytaxt Havanadakı İnqilab sarayında prezident Migel Diaz-Kanel tərəfindən qəbul edilib.

Diaz-Kanel «X» sosial media hesabındakı paylaşımında Lavrovun səfərindən məmnunluğunu ifadə edib.

Rusiya prezidenti Vladimir Putinə "sevgi dolu" salamlarını çatdırdığını bildirən Diaz-Kanel, "İki ölkə arasındakı münasibətlərə dinamizm gətirmək üçün ortaq maraq doğuran mövzular və beynəlxalq gündəm haqqında fikir mübadiləsi apardıq" deyə bildirib.

Daha demokratik dünya nizamını təmin etmək üçün Kuba ilə birlikdə çalışdıqlarını vurğulayan Lavrov, müstəmləkəçilik təcrübələrinə qarşı birgə çalışmağın vacibliyinə diqqət çəkib.

Lavrov Kubanın xarici işlər naziri Rodrigesi Rusiyaya dəvət edərək, iki ölkə arasında əldə olunan razılaşmaların hüquqi nizama qoyulması üçün iqtisadi, ticarət və texniki əməkdaşlıq komissiyasının birgə fəaliyyət göstərməsinin vacibliyini xatırladıb.

Oxuməni.az