Lukaşenko:  Üçüncü Dünya Müharibəsi təhlükəsi kifayət qədər yüksəkdir

Lukaşenko: Üçüncü Dünya Müharibəsi təhlükəsi kifayət qədər yüksəkdir

20 Fevral 18:29
Bəyəndim (0) Bəyənmədim (0)

Son onilliklər ərzində planetdə özünü tamamilə təhlükəsiz hiss edə biləcək heç bir ölkə və ya insan yoxdur. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko milli təhlükəsizlik sisteminin dövlət orqanlarının rəhbərliyi ilə geniş tərkibdə görüşündə deyib.

“Hərbi güc yenidən problemlərin həlli üçün dünya mərkəzlərinin əsas arqumentinə çevrilib. Sanki Birinci və İkinci Dünya Müharibələrinin milyonlarla itkiləri, dəhşətləri yox idi. İndi biz sözün əsl mənasında Üçüncü Dünya Müharibəsi təhlükəsi ilə üz-üzə qalmışıq. Üçüncü Dünya Müharibəsi təhlükəsi kifayət qədər yüksəkdir. Üçüncü Dünya Müharibəsi qapımızın ağzındadır və bunu ciddi qəbul etmək lazımdır. Qorxu üçün də olmağımız üçün də kifayət qədər səbəblər var”, - deyə Belarus lideri bildirib.

Oxuməni.az