Finlandiyada hərbçilər kütləvi şəkildə ordu sıralarını tərk edirlər

Finlandiyada hərbçilər kütləvi şəkildə ordu sıralarını tərk edirlər

20 Fevral 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiyada hərbçilər kütləvi şəkildə işdən çıxmağa başlayıblar, Helsingin Sanomat yazır.

"Fevral ayında Müdafiə Qüvvələrinin Ehtiyatını tərk edənlərin sayı o qədər artdı ki, artıq ordud kadr çatışmazlığı başlayıb" deyə məqalədə bildirilir.

Qeyd olunur ki, bu il ümumilikdə 1435 nəfər hərbçi ordunu tərk edib. Onlardan 1200 nəfəri fevral ayında işdən çıxıb. Keçən il isə cəmi 1650 nəfər işdən çıxmışdı.

Məqalədə deyilir ki, ehtiyata buraxılan şəxslər beş günlük əlavə təlim keçməlidirlər.

Dövlət Qulluğu Mərkəzinin direktoru Mikko Reyjonenin sözlərinə görə, bu il orduda 44 əlavə ixtisasartırma kursu nəzərdə tutulub ki, bunlara cəmi 30 yer ayrılıb. Gələn il üçün 30 hazırlıq kursu hazırlanmışdır ki, onlardan altısı artıq ehtiyatda olan hərbçilər tərəfindən doldurulmuşdur.

Oxuməni.az