Qazaxıstan və Özbəkistan strateji tərəfdaşa çevrilirlər

Qazaxıstan və Özbəkistan strateji tərəfdaşa çevrilirlər

20 Fevral 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidovu qəbul edib, bu barədə Akorda saytı xəbər verir.

Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbərini salamlayan dövlət başçısı Qazaxıstan-Özbəkistan əməkdaşlığının bütün qarşılıqlı fəaliyyət spektri üzrə yüksək inkişaf dinamikasını xüsusi qeyd edib. Onun sözlərinə görə, Qazaxıstan qardaş Özbəkistanla əlaqələrin daha da möhkəmləndirilməsinə üstünlük verir.

Prezident Şavkat Mirziyoyevin ikitərəfli münasibətlərin dərinləşməsinə mühüm töhfəsini vurğulayan Tokayev Qazaxıstanın regionun xalqlarının rifahı və firavanlığı naminə Özbəkistanın təşəbbüslərini bundan sonra da dəstəkləməyə hazır olduğunu bildirdi.

Görüş zamanı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib və iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılmasının vacibliyi vurğulanıb.

“Dövlət başçısı tranzit-nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsini vacib adlandırıb. O, Qazaxıstanın Özbəkistanla sərhədə çıxışı olan Darbaza-Maktaraal dəmir yolu xəttinin tikintisinə başladığını və bunun da yükdaşımaların həcmini artırmağa kömək edəcəyini bildirib.

Qazaxıstan Prezidenti Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafında Özbəkistan tərəfinin iştirakının qarşılıqlı faydalı xarakter daşımasına da diqqət çəkib.

Öz növbəsində, Bəxtiyar Səidov səmimi qəbula görə Qazaxıstan rəhbərinə təşəkkür edib və Özbəkistan liderinin xoş arzularını ona çatdırıb.

Nazirin sözlərinə görə, dövlət başçıları Qazaxıstan və Özbəkistan arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi üçün möhkəm təməl qoyublar. Bununla bağlı Bəxtiyar Səidov əvvəllər əldə edilmiş razılaşmaların yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün birgə iş planlarını bölüşüb.

Söhbət zamanı su sektorunda əməkdaşlıq və Mərkəzi Asiyada regional təhlükəsizliyin qorunması məsələləri də müzakirə olunub.

Oxuməni.az