Akkumulyatorların təkrar emalı zavodunda 900 tona yaxın litium batareyası yanıb

Akkumulyatorların təkrar emalı zavodunda 900 tona yaxın litium batareyası yanıb

20 Fevral 07:00
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada 900 ton litium batareyası olan təkrar emal zavodunda yanğın baş verib.
Fransanın cənubunda akkumulyatorların təkrar emalı zavodunda 900 tona yaxın litium batareyası yanıb. Nəticədə bu obyektin üzərində qalın qara tüstüdən ibarət bulud səmaya qalxıb.
France24 yazır ki, yanğın Tuluzanın şimalında, Viviersdə Fransanın tullantıların idarə olunması qrupuna aid olan SNAM-a məxsus anbarda baş verib.

Fransız mediası Viviers üstündə qatı tüstü olduğunu yazıb, Le Monde qəzeti təxminən 70 yanğınsöndürənin yanğını nəzarət altına almağa çalışdığını bildirdi.

Oxuməni.az