Avdeevka rus qüvvələrinin nəzarətinə keçib

Avdeevka rus qüvvələrinin nəzarətinə keçib

19 Fevral 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya hərbçiləri Avdeevka koks zavoduna tam nəzarəti ələ keçirib. Bu barədə bazar ertəsi Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin şənbə gecəsi dediyi kimi, ukraynalı bölmələr Rusiyanın bir neçə aylıq şiddətli hücumlarından sonra mühasirəyə düşməmək üçün Avdeevkanı tərk edib.
Bu arada Kiyev Avdeevkada altı və yaxınlıqdakı kənddə daha iki silahsız ukraynalı əsgərin rus hərbçiləri tərəfindən güllələnməsi ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski vətəndaşlara müraciətində deyib ki, bu müharibədə yalnız birlikdə qalib gəlmək olar.

Oxuməni.az