Ukraynalılar daha iki Rusiya təyyarəsini vurublar

Ukraynalılar daha iki Rusiya təyyarəsini vurublar

19 Fevral 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 19-da səhər saatlarında Ukrayna Hərbi Hava Qüvvələri daha iki Rusiya təyyarəsini: bir Su-34 qırıcı-bombardmançı və bir Su-35 qırıcısını məhv edib. Bu barədə sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk məlumat veriblər:

“Bu gün səhər Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri qoşunlarımızın mövqelərinə idarə olunan bombalarla hücumlar həyata keçirən iki Rusiya təyyarəsini məhv edib. Onlardan birir Su-34 qırıcı-bombardmançısı, digəri isə Su-35S qırıcısıdır”.

Silahlı Qüvvələrin komandanının sözlərinə görə, bu, Şərq istiqamətində baş verib.

Fevralın 17-də səhər, həmçinin Şərq istiqamətində Hərbi Hava Qüvvələrinin bölmələri bir anda üç Rusiya təyyarəsini- iki Su-34 və bir Su-35-i i məhv edib.

Oxuməni.az