Boris Pistorus: 5-8 ildən sonra NATO ölkələrinə hücum ola bilər

Boris Pistorus: 5-8 ildən sonra NATO ölkələrinə hücum ola bilər

19 Fevral 20:25
Bəyəndim (0) Bəyənmədim (0)

NATO beş-səkkiz ildən sonra hücuma məruz qala bilər.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorus Bloomberg-ə bildirib.

"Mən öncədən nə baş verə biləcəyini deməyi sevmirəm. NATO ərazisinə hücumun olub-olmadığını və ya nə vaxt olacağını proqnozlaşdıra bilmirəm. Amma bu, 5-8 ildən sonra baş verə bilər", - nazir deyib.

Pistorius Ukraynanın məğlubiyyətinin təkcə Avropa üçün deyil, həm də ABŞ üçün nəticələri barədə xəbərdarlıq edərək, Putinin işğalının “beynəlxalq nizam” üçün təhlükə yaratdığını deyib.

Xatırladaq ki, Boris Pistorius bir müddət əvvəl alman ekspertlərinin Rusiyanın Alyans ölkələrindən hər hansı birinə qarşı təcavüzünün 5-8 ildən sonra mümkün olacağı ilə bağlı fikrinə istinad etmişdi.

Oxuməni.az