Çin Rusiyanı sıxışdıraraq Qazaxıstanın əsas ticarət tərəfdaşına çevrilib

Çin Rusiyanı sıxışdıraraq Qazaxıstanın əsas ticarət tərəfdaşına çevrilib

19 Fevral 19:27
Bəyəndim (0) Bəyənmədim (0)

Ticarət Siyasətinin İnkişafı Mərkəzi "QazTrade" ASC-nin hesabatına əsasən, Çin keçən il Rusiyanı sıxışdıraraq Qazaxıstanın əsas ticarət tərəfdaşı olub.

"QazTrade" tərəfindən dərc olunmuş infoqrafikaya əsasən, 2023-cü ildə Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 30% artaraq 31,5 milyard dollar təşkil edib. Qazaxıstanın ikinci ən böyük ticarət tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsi 2023-cü ildə bir il ərzində 3,7% azalaraq 26 milyard dollar təşkil edib.

İtaliya Qazaxıstanın əsas ticarət tərəfdaşları siyahısında 16,1 milyard dollar (+8%) ticarət dövriyyəsi ilə üçüncü yeri qoruyub.

Cənubi Koreya (ildə -1,6%) 2023-cü ildə 6 milyard dollar ticarət dövriyyəsi ilə 4-cü yerə yüksələrək bu mövqeyi Türkiyə ilə bölüşdürüb.

5-ci yerdə, 2022-ci ildə olduğu kimi, Hollandiyadır - Qazaxıstanla ticarət dövriyyəsi il ərzində 24% azalaraq 4,4 milyard dollar təşkil edib.

"QazTrade"-nin verdiyi məlumata görə, Qazaxıstanda ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ildə 2022-ci illə müqayisədə 3,2% artaraq 139,8 milyard dollar təşkil edib. İxrac 78,7 milyard dollar (-7%), idxal 61,1 milyard dollar (+20,1%) təşkil edib.

Oxuməni.az