Qərb ABŞ seçkilərinə qədər Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməlidir

Qərb ABŞ seçkilərinə qədər Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməlidir

19 Fevral 18:36
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb ABŞ seçkilərinə qədər Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməlidir.

Financial Times xəbər verir ki, bunu Estoniyanın baş naziri Kayya Kallas deyib.
Bu açıqlama Avropanın Donald Trampın ikinci prezidentliyinin Qərbin Rusiyaya qarşı siyasətinə və Ukraynaya dəstəyinə necə təsir edəcəyi ilə bağlı narahatlığının başqa bir əlaməti idi.

"Seçkilər həmişə təlatümlü vaxtdır. Mühüm seçkilərdən əvvəl mümkün olan hər şeyi etmək həmişə daha yaxşıdır", - Kallas deyib.

Onun fikrincə, Rusiya vəsaitlərinin müsadirəsi Ukraynaya hərbi yardım və Rusiyanı siyasi cəhətdən təcrid etmək tədbirləri ilə yanaşı, müharibənin dayandırılmasına kömək edə biləcək əlavə alət olardı.

"Bu, müharibədə dönüşü sürətləndirmək üçün Rusiya iqtisadiyyatına edə biləcəyimiz iqtisadi təzyiqdir",- deyə o bildirib.

Ötən ilin sonunda Qərb mətbuatı ABŞ-ın G7 ölkələrinə Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərini Ukraynanın xeyrinə müsadirə etməyi təklif etdiyini yazmışdı. Onlar 2024-cü il fevralın 24-nə kimi təşəbbüslə razılaşmaq istəyirdilər, lakin bu məsələ hələ də tərəfdaşlar arasında müzakirə olunur.

Ədliyyə nazirinin müavini İrina Mudraya bildirib ki, bu il Ukrayna Rusiyanın G7 ölkələrində və Aİ-də dondurulmuş aktivlərindən 4 milyard dollar alacağını gözləyir.

Oxuməni.az