İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 70 nəfər həlak olub

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 70 nəfər həlak olub

19 Fevral 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Qəzza sektorunu bombalaması nəticəsində azı 70 nəfər həlak olub. Bu barədə fevralın 19-da Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Söhbət Nuseyrat qaçqın düşərgəsindəki ərazilərə, Zuveyda bölgəsinə və Deyr əl-Bələh şəhərinə endirilən hava zərbələrindən gedir.

Agentliyin mənbəsinin məlumatına görə, İsrailin Qəzza zolağının cənubunda Xan Yunisə hücumundan sonra 16 nəfərin cəsədi xəstəxanalara aparılıb. İsrailin Qəzza zolağının şimalını bombalamasından sonra dağıntılar altından əksəriyyəti uşaq olmaqla daha beş cəsəd də çıxarılıb.

“Al Mayadeen” telekanalı Qəzza zolağının Rəfah şəhərində İsrail Müdafiə Qüvvələrinin (IDF) hücumu nəticəsində yaşayış binasını dağıdıb və ən azı 28 nəfərin dağıntılar altında qaldığını bildirib.

Fevralın 18-də “Əl-Cəzirə” telekanalı İsrail ordusunun Qəzza zolağına atəş açması nəticəsində son 24 saat ərzində həlak olanların ümumi sayının 66 nəfər olduğunu bildirib.

Eyni zamanda İsrailin Müharibə Nazirləri Kabinetinin naziri Benni Qantz bildirib ki, Fələstinin radikal HƏMAS hərəkatı girovları azad etməsə, İsrail Rəfaha hücum edəcək.

Fevralın 14-də “Əl-Cəzirə” anklavın Səhiyyə Nazirliyinə istinadən xəbər verib ki, İsrailin zərbələri nəticəsində Qəzza zolağında 28,5 mindən çox insan həlak olub, daha 68 min nəfər yaralanıb.

İsrailin baş naziri Benyamin Netanyahu fevralın 14-də bildirib ki, yəhudi dövləti mülki əhalinin təxliyəsindən sonra Rəfəhdə genişmiqyaslı tədbirlər görəcək.

Oxuməni.az