Qırğızıstan prezidenti Sadır Japarov Rusiyaya rəsmi səfərə gedəcək

Qırğızıstan prezidenti Sadır Japarov Rusiyaya rəsmi səfərə gedəcək

19 Fevral 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstan prezidenti Sadır Japarov rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə fevralın 20-21-də Rusiyada işgüzar səfərdə olacaq, bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.

Sadır Japarov Kazanda keçiriləcək “Gələcəyin oyunları” beynəlxalq çoxnövlü idman turnirinin açılış mərasimində iştirak edəcək.

"Tədbir çərçivəsində Sadır Japarovun Vladimir Putin və Tatarıstan rəhbəri Rüstəm Minnixanov ilə ikitərəfli görüşləri keçiriləcək. Tərəflər Qırğızıstan-Rusiya əməkdaşlığının cari məsələlərini, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığı müzakirə edəcəklər. i”, - Azimbakiyev bildirib.

Oxuməni.az