Vens: Avropa özünü qorumaqda  daha çox özünə güvənməlidir

Vens: Avropa özünü qorumaqda daha çox özünə güvənməlidir

19 Fevral 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Münhen Təhlükəsizlik Konfransında iştirak edən amerikalı qanunvericilər həmsöhbətlərini ABŞ Konqresinin Ukraynaya hərbi yardımın ayrılmasına dair qanun layihəsini təsdiqləyəcəyinə inandırıblar və bunun hələ martda baş verəcəyini istisna etməyiblər. Bu barədə "Politico" məlumat verib.

Qəzet etiraf edib ki, konfransda “Ukraynanın döyüş meydanında pisləşən perspektivləri və Amerikanın Kiyevi dəstəkləmək öhdəliyi ilə bağlı suallar üstünlük təşkil edib.

Nəşrin məlumatına görə, bir çox siyasətçi və rəsmilər ABŞ-ın əlavə hərbi yardımı olmadan Ukraynanın məğlub olacağını bəyan ediblər. Eyni zamanda, onlar Amerika silahlarını alacağı təqdirdə “Ukraynanın qələbəsinin necə görünə biləcəyi” barədə dəqiq bir anlayışa malik deyillər.

Bir sıra amerikalı qanunvericilər Brüsseli Kiyevə hərbi yardımı artırmağa çağırıb.

Belə ki, respublikaçı senator J.D.Vens jurnalistlərə deyib ki, o, Ukraynanın mübarizəsini dəstəkləyir, lakin ABŞ eyni zamanda Kiyevi silahlandırmaq və özünü müdafiə etmək üçün kifayət qədər silah istehsal edə bilməyəcək.

"Avropa özünü qorumaqda bir az daha özünə güvənməlidir. Uşaqlar, siz addım atmalısınız. Amerikanın Şərqi Asiyaya yönəlmiş siyasətində dəyişiklik olacaq. Bu reallığı nəzərə alsaq, avropalılar özlərini qorumaq üçün daha aqressiv rol oynamalıdırlar",-deyə Vens bəyan edib.

Oxuməni.az