Macarıstan hökuməti Budapeştə gələn ABŞ senatorları ilə görüşməkdən imtina edib

Macarıstan hökuməti Budapeştə gələn ABŞ senatorları ilə görüşməkdən imtina edib

19 Fevral 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ senatorlarından ibarət ikitərəfli nümayəndə heyəti Macarıstanın paytaxtına rəsmi səfər edib. Senatorlar Macarıstan hökumətini İsveçin NATO-ya üzv olmaq ərizəsini dərhal təsdiqləməyə çağırıb, lakin qarşı tərəf buna məhəl qoymayıb. Bu barədə AP məlumat yayıb.

Senator Jeanne Şahin bildirib ki, Macarıstan hökumətinin heç bir üzvünün nümayəndə heyəti ilə görüşə dəvəti qəbul etməməsindən məyusdur. Bununla belə o, İsveçin NATO üzvlüyünün fevralın 26-da Macarıstan qanunvericiləri tərəfindən sənədi ratifikasiya edəcəyinə ümid edir.

Senator Chris Murphy Orban hökumətinin nümayəndə heyəti ilə görüşməkdən imtinasının "qəribə və narahatedici" olduğunu, lakin səsvermənin keçirilməsinə görə məsuliyyətin Macarıstan liderinin üzərinə düşdüyünü söyləyib.

Oxuməni.az