Estoniya müdafiə sənayesini inkişaf etdirmək üçün Aİ-yə 100 milyard avro istiqraz buraxmağı təklif edir

Estoniya müdafiə sənayesini inkişaf etdirmək üçün Aİ-yə 100 milyard avro istiqraz buraxmağı təklif edir

19 Fevral 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı qitənin müdafiə sənayesini inkişaf etdirmək üçün 100 milyard avroluq avrobond buraxmaq planı üzərində işləməlidir, eyni zamanda Ukraynanı silahla təmin etmək üçün daha çox işlər görməlidir.

Bunu “Bloomberg” agentliyinə müsahibəsində Estoniyanın baş naziri Kaja Kallas deyib.

Kallas, iyun ayında keçiriləcək seçkilərdən sonra növbəti Avropa Komissiyasının koronavirus pandemiyası ilə mübarizə apararkən indiki kimi təhlükəsizlik məsələlərinə vahid yanaşmanı qəbul etməli olduğunu söyləyib.

"Biz daha çox sərmayə qoymalı və birlikdə nə edə biləcəyimizi araşdırmalıyıq, çünki ayrı-ayrı ölkələrin ayrı-ayrılıqda buraxdığı istiqrazların miqyası kiçikhəcmlidir. Avrobondlar daha böyük təsir göstərə bilər",-deyə o bəyan edib.

.Qitənin müdafiə qabiliyyətini gücləndirmək üçün birgə borclanma imkanlarının araşdırılması ideyasını Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Şarl Mişel də dəstəkləyib.

Kallas deyib ki, o, Münhendə ABŞ qanunvericiləri ilə görüşlərdən sonra Konqresin Ukraynanın maliyyələşdirilməsi ilə bağlı razılığa gələ biləcəyinə nikbindir.

Estoniyanın baş naziri bildirib ki, Aİ-nin Ukraynaya kömək etmək üçün öz sənayesini inkişaf etdirməyə və uzunmüddətli tədarük müqavilələrini təmin etməyə, o cümlədən bütün dünyada silah ehtiyatlarına daha dərindən nəzər salmaqla kömək etmək üçün atmalı olduğu daha təcili addımlar var.

Oxuməni.az