Papua Yeni Qvineyada tayfalar arasında baş verən toqquşmalarda 50-dən çox adam ölüb

Papua Yeni Qvineyada tayfalar arasında baş verən toqquşmalarda 50-dən çox adam ölüb

19 Fevral 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Papua Yeni Qvineyanın yüksək dağlıq ərazilərində tayfalar arasında baş verən toqquşmalarda ən azı 53 nəfər həlak olub. Avstraliya Yayım Korporasiyası bildirir ki, bu, yaxın tarixdə dağlıq ərazilərdə baş verən ən dəhşətli kütləvi qətl ola bilər.

Qətl Enqa vilayətində baş verib. Polis hesab edir ki, bir qəbilədən olan insanlar müttəfiqləri və muzdluları ilə birlikdə qonşu tayfaya hücum etməyə gediblər, lakin pusquya düşüb güllələniblər.

Cəsədlər polis maşınlarına yüklənərək xəstəxanaya aparılıb. Cəsədlərin sayılması və axtarışları davam etdikcə daha çox ölü ola bilər. Ölənlərin sayının 60-65-ə yüksələcəyi ehtimal edilir.

"Bu, əyalətdə bizim üçün çox kədərli və ölkə üçün pis hadisədir" dedi.

Enqa əyalətinin qubernatoru Peter İpatas: "Biz bu döyüşün davam edəcəyini bilirdik və təhlükəsizlik qüvvələrini bunun qarşısını almaq üçün tədbirlər görmələri üçün keçən həftə xəbərdar etmişdik",- deyib.

ABC xatırladır ki, Enqa əyaləti 2023-cü ildə qəbilə toqquşmalarına görə bir neçə ay bağlanmışdı. Polis bölgəyə odlu silah və döyüş sursatının çatdırılmasını dayandırmağa çalışıb.

Papua Yeni Qvineya, Okeaniyada, Avstraliyanın şimalında, Yeni Qvineya adasının şərq hissəsini tutan bir ölkədir. Əhalisi təxminən 7,2 milyon nəfərdir, əsasən papualılar və melaneziyalılardır.

Oxuməni.az