Almaniyada həmkarlar ittifaqı  ölkənin yeddi hava limanının əməkdaşlarını tətilə çağırıb

Almaniyada həmkarlar ittifaqı ölkənin yeddi hava limanının əməkdaşlarını tətilə çağırıb

19 Fevral 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Alman həmkarlar ittifaqı Verdi ölkənin ən böyük aviadaşıyıcısı Lufthansa-nın yerüstü heyətini fevralın 20-də yeddi hava limanında tətilə çağırıb, Associated Press bildirib.

Tətil bir gün davam edəcək və Berlin, Münhen, Frankfurt-Mayn, Düsseldorf, Hamburq, Köln və Ştutqart hava limanlarını əhatə edəcək. Tətil fevralın 20-də başlayacaq və fevralın 21-i Bakı vaxtı ilə saat 10-a kimi qədər davam edəcək.

Oxşar tətil fevralın əvvəlində Almaniyanın beş hava limanında baş vermişdi və buna görə yüzlərlə reys təxirə salınmışdı.

Həmkarlar ittifaqı aviasiya işçilərin maaşlarının 12,5% və ya ayda ən azı 500 avro artırılmasını istəyir. Ötən həftə şirkətlə aparılan danışıqlar nəticə vermədi. Danışıqların növbəti turu fevralın 21-nə təyin edilib.

Oxuməni.az