Hollandiya məhkəməsi "F-35" ehtiyat hissələrinin İsrailə göndərilməsini qadağan edib

Hollandiya məhkəməsi "F-35" ehtiyat hissələrinin İsrailə göndərilməsini qadağan edib

12 Fevral 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiyanın Haaqa Apellyasiya Məhkəməsi bazar ertəsi İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı ilə əlaqədar hökumətə "F-35" qırıcılarının hissələrinin İsrailə göndərilməsini qadağan edib, Associated Press xəbər verir.

Məhkəmənin qərarına əsasən, ölkə hakimiyyəti yeddi gün ərzində "F-35"-lərin İsrailə bütün ehtiyat hissələrinin ixracını dayandırmağa borcludur.

Müdafiə vəkilləri də öz növbəsində bildiriblər ki, bu qadağanın praktiki mənası yoxdur, çünki ABŞ Hollandiyanın xidmətlərinə müraciət etmədən "F-35"-lərin ehtiyat hissələrini təkbaşına İsrailə göndərə biləcək.

Hollandiyanın Voensdrext şəhərində ABŞ-a məxsus anbar var. O, "F-35" ehtiyat hissələrini saxlayır və Vaşinqton onları tələb edən ölkələrə paylayır, Associated Press yazır.

2023-cü ilin dekabrında Hollandiyanın üç insan haqları təşkilatı İsrailin Qəzza zolağında hərbi əməliyyatları fonunda ölkə hökumətinin ixrac lisenziyasına yenidən baxmalı olması ilə bağlı mülki iddia qaldırıb. İddia ərizəsində qeyd olunub ki, Hollandiya İsrailə "F-35" qırıcı təyyarələri üçün ehtiyat hissələri tədarük etməklə hərbi cinayətlərdə və beynəlxalq hüququn pozulmasında şərik ola bilər.

Oxuməni.az