Dubayda rəsmi olaraq uçan taksi xidməti fəaliyyətə başlayır

Dubayda rəsmi olaraq uçan taksi xidməti fəaliyyətə başlayır

12 Fevral 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ərəb Əmirlikləri Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb. Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə zaman aparan yol uçan taksi ilə 10 dəqiqəyə endiriləcək.

Mövzu ilə bağlı BƏƏ-nin «VAM» xəbər agentliyinin X sosial media hesabından açıqlama verilib. Açıqlamada qeyd olunub ki, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin ekoloji tullantıları sıfırdır.

Bildirilib ki, maksimum uçuş məsafəsi 161 kilometr, maksimal sürəti saatda 320 kilometr olan uçan taksi Dubay Beynəlxalq Hava Limanı, şəhərin mərkəzində Dovntovn, Dubay Marina və Palm Jumeirah yaxınlığında cəmi 4 stansiyaya sahib olacaq. .

Açıqlamada, Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət vaxtının uçan taksi ilə 10 dəqiqəyə endiriləcəyinə diqqət çəkilib.

Oxuməni.az