Reyqanın qızı: ABŞ nifrət və zorakılıq  bataqlığına yuvarlanıb

Reyqanın qızı: ABŞ nifrət və zorakılıq bataqlığına yuvarlanıb

12 Fevral 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın qızı Patti Devis “The New York Times”da yazdığı məqaləsində deyib ki, atam Ronald Reyqan sağ olsaydı Amerikanın indiki vəziyyətini görüb hönkür-hönkür ağlayar, ona yas tutardı.

Nəşrdə o, indi atasının ölkəyə olan sevgisi üçün necə darıxdığından danışdı. “Mən ondan soruşmaq istərdim ki, Amerika qəzəb bataqlığından, nifrət partlayışlarından necə çıxa bilər? Həm real, həm də şifahi zorakılıq dövrəsini necə qıra bilərik? Bizi bir-birindən ayıran qaranlıq fikir ayrılıqlarını necə keçə bilərik?” - deyə Devis bildirib.

“O, demokratiyanın nə qədər kövrək olduğunu, onu necə asanlıqla məhv edə biləcəyini bilirdi. Bəs atam sivilizasiyanın tənəzzülü və demokratiyamızın məşum gələcəyi haqqında nə deyərdi?”,- Reyqanın qızı əlavə edib.

Ronald Reyqan - Respublikaçılar Partiyasından ABŞ-ın 40-cı prezidenti (1981-1989) olub. O, iki dəfə seçilib. Dövlət başçısı olmamışdan əvvəl Reyqan aktyor və radio aparıcısı işləyib və 1967-1975-ci illərdə Kaliforniya qubernatoru olub. O, 2004-cü ildə 93 yaşında vəfat edib. Reyqan amerikalılar arasında ən populyar ABŞ prezidentlərindən biridir. Reyqan 1980-ci ildə prezidentliyə namizədliyini irəli sürərkən “Amerikanı yenidən möhtəşəm et” ifadəsini işlətmişdi.

Oxuməni.az