F-16 qırıcılarının ABŞ-dan Türkiyəyə çatdırılması 2028-ci ilə qədər çəkə bilər

F-16 qırıcılarının ABŞ-dan Türkiyəyə çatdırılması 2028-ci ilə qədər çəkə bilər

12 Fevral 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni F-16 qırıcılarının ABŞ-dan Türkiyəyə çatdırılması 2028-ci ilə qədər çəkə bilər. “Hürriyet” qəzeti yazır ki, buna sifarişlərin çoxluğu səbəb olub.

Nəşrin məlumatına görə, Vaşinqtonun Ankaranın təyyarələrin alınması ilə bağlı müraciətinə baxılması prosesi başa çatıb. “Dünya” qəzetinə istinadən nəşr qeyd edir ki, satışa etiraz yoxdur.

Türkiyənin 40 ədəd yeni F-16 Block 70 qırıcısı və 79 təyyarə üçün təkmilləşdirmə dəstləri almasına dair müqavilənin Konqres tərəfindən rəsmi olaraq təsdiqləndiyi dəqiqləşdirilir. Artıq müvafiq təşkilatlarla istehsalçı arasında danışıqlar başlayacaq, lakin sifarişlərin çoxluğu səbəbindən çatdırılma gecikə bilər.

Oxuməni.az