Rusiyada "hava" qalmaqalı: 59 təyyarə və helikopter  qanunsuz olaraq xaricə çıxarılıb

Rusiyada "hava" qalmaqalı: 59 təyyarə və helikopter qanunsuz olaraq xaricə çıxarılıb

12 Fevral 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) 59 təyyarə və helikopterin xaricə qanunsuz çıxarılması ilə əlaqədar Federal Hava Nəqliyyatı Agentliyinin rəhbərliyinə qarşı cinayət işi açıb. Bu barədə "İzvestiya"ya hüquq-mühafizə orqanlarının iki yüksək vəzifəli rəsmisi bildirib. Xəbər Federal Hava Nəqliyyatı Agentliyi tərəfindən təsdiqlənib.

Onların sözlərinə görə, sonradan ən azı üç Mi-8 helikopteri Ukrayna tərəfində müharibədə iştirak edib. Bu iş çərçivəsində fevralın 7-də Federal Hava Nəqliyyatı Agentliyinin Moskvadakı mərkəzi ofisində axtarışlar aparılıb.

“Hadisələr zamanı “Rosaviatsiya” əməkdaşlarının və digər hələlik naməlum şəxslərin təyyarələrin qeydiyyatdan çıxarılması üzrə hərəkətlərinin qanunsuzluğunu təsdiq edən əşyalar və sənədlər götürülüb”, - nəşrin həmsöhbətlərindən biri qeyd edib.

Qeyri-qanuni çıxarılan 59 təyyarədən 36-sı satılıb. 21 təyyarənin alıcıları Aİİ-dən kənar dövlətlərin sakinləri olub, onlardan səkkizi “dost olmayan” ölkələrə satılıb.

Nəticədə FSB onlara qarşı cinayət işi açıb.

“İzvestiya”nın Nəqliyyat Nazirliyindəki mənbələri bildirirlər ki, Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradkonun 2023-cü ilin sentyabrında istefaya göndərilməsinin əsas səbəbi məhz bu olub. Bu cinayət işində keçmiş qurum rəhbəri də təqsirləndirilən şəxs ola bilər.

Oxuməni.az