ABŞ Senatı Ukraynaya yardım haqqında qanun layihəsini dəstəkləyib

ABŞ Senatı Ukraynaya yardım haqqında qanun layihəsini dəstəkləyib

12 Fevral 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Konqresinin Senatında ABŞ-ın cənub sərhədində nəzarət tədbirlərinin gücləndirilməsinə dair müddəaları özündə əks etdirməyən İsrail və Ukraynaya yardım haqqında paket qanun layihəsi növbəti prosedur səsverməsindən keçib.

Senatorların 60,06 milyard dolları Ukraynaya, 14,1 milyard dollarını İsrailə yardıma ayırmağı təklif etdikləri 95 milyard dollardan çox əlavə büdcə vəsaitinin ayrılmasını nəzərdə tutan təşəbbüsə əlavə baxılması üçün azı 60 qanunvericinin dəstəyi tələb olunurdu.

Səsvermənin nəticələrinə görə, qanun layihəsini 67 senator dəstəkləyib, 27 qanunverici isə əleyhinə çıxıb. Konqresin yuxarı palatasında bu qanun layihəsi üzrə yekun səsvermənin vaxtı hələ açıqlanmayıb.

Demokratlar Senatının lideri Çak Şumer daha əvvəl qeyd etmişdi ki, Konqresin yuxarı palatası Ukraynaya yardım haqqında qanun layihəsi üzərində işləməyə “tamamlanana qədər” davam edəcək.

Oxuməni.az