Aleksandr Stubb Finlandiyanın yeni prezidenti seçilib

Aleksandr Stubb Finlandiyanın yeni prezidenti seçilib

12 Fevral 10:09
Bəyəndim (0) Bəyənmədim (0)


Keçmiş baş nazir, sağ mərkəzçi Milli Koalisiya Partiyasının namizədi, mühafizəkar Aleksandr Stubb Finlandiyanın yeni prezidenti seçilib, BBC xəbər verir.

Fevralın 11-də Finlandiyada keçirilən prezident seçkilərinin ikinci turunda Stubb qalib gəlib. O, 51,6%, rəqibi, keçmiş xarici işlər naziri Pekka Haavisto 48,4% səs toplayıb.

Haavisto Stubbı Finlandiyanın 13-cü prezidenti kimi təbrik edib: “İnanıram ki, Finlandiya respublika üçün yaxşı prezident qəbul edib. Alexander Stubb bu iş üçün təcrübəli, bacarıqlı insandır”.

Finlandiyada prezident seçkilərinin birinci turu yanvarın 28-də keçirilib, o zaman ölkənin keçmiş baş naziri 27,2%, keçmiş xarici işlər naziri Haavisto 25,8% səs toplayıb.

Finlandiyanın yeni prezidenti Aleksandr Stubb hazırkı prezident Sauli Niinistonu əvəz edərək, martın 1-də rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Oxuməni.az